Dirk Küyt azarkeşlərə ümid verdi

14:08 - 27 Avqust 2013

"Dəfələrlə "Arsenal"ı məğlub etmişəm"
 
“Fənərbaxça”nın hollandiyalı futbolçusu Dirk Küyt “Arsenal”la oyunöncəsi komandasının şanslarını dəyərləndirib.
 
Sportal.az xəbər verir ki, 33 yaşlı oyunçu “Şükrü Saraçoğlu” stadionunda məğlub olaraq azarkeşləri üzdüklərini, ancaq səfərdə qələbə qazanacaqlarını deyib:
 
“Düzdü, mərhələ keçmək şansımız olduqca çətin görünür. Evdə məğlub olaraq fanatlarımızı üzdük. Amma futbolunda nəyin nə vaxt və necə olacağı bilinmir. “Liverpul”da oynayarkən dəfələrlə “Arsenal”ı məğlub etmişəm. Bu dəfə də qalib gələrək azarkeşlərimizi sevindirmək istəyirik”. 
 
Qeyd edək ki, “Fənərbaxça” ilk oyunda “Arsenal”a 0:3 hesabı ilə məğlub olub.  

Xəbər xətti