"Sumqayıt" "Rəvan"la oyuna hazırlaşır

17:02 - 27 Avqust 2013

Komandada zədəlilər var
 
Azərbaycan Premyer Liqasının 5-ci turunda doğma azarkeşləri qarşısında "Rəvan"la qarşılaşacaq "Sumqayıt" klubu hazırlığını davam etdirir. 


Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Aqil Məmmədovun rəhbərliyi altında səhər məşqində iştirak edib. 

Yüngül zədəsi olan Elşən Abdullayev və fərdi şəkildə hazırlaşan Orxan Əliyev komandadan ayrı çalışıb. Almaniyada müalicə olunan hücumçu Pərdis Fərcad-Azad artıq sağalıb. O, sabahdan komanda ilə birlikdə hazırlığa qoşulacaq.

Qeyd edək ki, "Sumqayıt" - "Rəvan" oyunu avqustun 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Xəbər xətti