"Qəbələ" - "Xəzər Lənkəran": 21-ci duelə doğru

11:18 - 28 Avqust 2013

Komandalar 18 dəfə çempionat, 2 dəfə kubok çərçivəsində üz-üzə gəlib
 
Həftənin şənbə günü - avqustun 31-i Premyer Liqanın V turunun oyunları keçiriləcək.
 
Sportal.az "Qəbələ"nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandalarının oyunları ilə əlaqədar çempionatda yaranacaq qısa fasilə ərəfəsində sonuncu olan turda “Qəbələ” “Xəzər Lənkəran”la qarşılaşacaq. Ötən tur olduğu kimi “qırmızı-qaralar” yenə öz meydanında oynayacaq.
 
Qəbələdəki qarşılaşma rəqiblər arasında 21-ci duel olacaq. Belə ki, indiyədək komandalar 18 dəfə çempionat, 2 dəfə kubok çərçivəsində üz-üzə gəlib. Bu oyunlarda 11 dəfə “Xəzər Lənkəran”, 4 dəfə “Qəbələ” qalib gəlib. Digər 5 matç isə heç-heçə nəticələnib. Top fərqində də cənublular öndədir – 31:17.
 
“Xəzər Lənkəran”ın belə üstünlüyü “Qəbələ”nin yeni yarandığı, formalaşmaqda olduğu illərdəki oyunlar hesabına mümkün olub. Belə ki, 2006-cı ildəki ilk matçdan “qırmızı-qaralar”ın ilk qələbəsini qazandığı 2009-cu ilədək cənublular 7 oyunda 5 dəfə qalib gəlib və cəmi 2 heç-heçə edib. Komandalar arasında son 3 mövsümdə keçirilən oyunlarda isə tarazlıq hökm sürür: 8 oyunda hərəyə 3 qələbə.
 
Son 3 qarşılaşmada uduzmayan “Qəbələ” sonuncu dəfə 2012-ci ilin aprelində “Xəzər Lənkəran”a məğlub olub. Öz meydanındakı 10 görüşdə 3 qələbə və 2 heç-heçəsi olan “qırmızı-qaralar” 5 dəfə uduzub. Top fərqində də qonaqlar öndədir – 9:13.
 
“Qəbələ” arxada qalan 20 dueldə rəqib qapısına 17 qol vurub. Bu matçlarda komandanın ən məhsuldar futbolçusu Yannik Kamanandır. “Qırmızı-qaralar”ın yeganə dublunun müəllifi qarşıdakı matça seriya ilə çıxacaq. Belə ki, legioner son 2 görüşdə meydanı qolsuz tərk etməyib. Ondan başqa Lyuba Baranin və Turnike Aptsiauri hərəyə 2, Viktor Mendi, Aleksandr Çertoqanov, Deon Barton, Tumaş Stolpa, İqor Melnik, Milan Antiç, Anatoli Ostap, Abdulkader Kamara, Camal Məmmədov, İbrahim Hüseynov hərəyə 1 dəfə “Xəzər Lənkəran”ın qapısına qol vurub.
 
2006/07. Premyer Liqa
 
09.12.2006. Xəzər Lənkəran - Gilan (Qəbələ) - 4:0
Rəşad Abdullayev, 17, 67, Zaur Ramazanov, 59, İlqar Qurbanov, 78
 
2006/07. Premyer Liqa
 
23.05.2007. Gilan (Qəbələ) - Xəzər Lənkəran - 0:3
Emin Quliyev, 5, Rəşad Abdullayev, 22, Zaur Ramazanov, 41
 
2007/08. Premyer Liqa
 
30.09.2007. Xəzər Lənkəran - Qəbələ - 2:1
Zaur Ramazanov, 24, Emin Quliyev, 90+2 - Turnike Aptsiaupi, 39
 
2007/08. Premyer Liqa
 
05.04.2008. Qəbələ - Xəzər Lənkəran - 1:1
Camal Məmmədov, 73 - Zaur Ramazanov, 8.
 
2007/08. Azərbaycan kuboku, ½ final
 
09.04.2008. Qəbələ - Xəzər Lənkəran - 1:3
İbrahim Hüseynov, 75 - Zaur Ramazanov, 12, 56, İrakli Vaşakidze, 15-öz qapısına
 
2007/08. Azərbaycan kuboku, ½ final
 
23.04.2008. Xəzər Lənkəran - Qəbələ - 1:1
Rahid Əmirquliyev, 79 - Abdulkader Kamara, 35
 
2008/09. Premyer Liqa
 
15.11.2008. Qəbələ - Xəzər Lənkəran - 0:1
Rəşad Abdullayev, 48
 
2008/09. Premyer Liqa
 
03.05.2009. Xəzər Lənkəran - Qəbələ - 1:2
İvan Çvetkov, 25 - Tornike Aptsiauri, 76 Anatoli Ostap, 79(penalti)
 
2009/10. Premyer Liqa
 
19.09.2009. Qəbələ - Xəzər Lənkəran - 1:1
İqor Melnik, 88 - Mario Souza, 26
 
2009/10. Premyer Liqa
 
19.12.2009. Xəzər Lənkəran - Qəbələ - 1:0
Rahid Əmirquliyev, 52
 
2009/10. Premyer Liqa
 
12.03.2010. Xəzər Lənkəran - Qəbələ - 4:1
Allan Lalin, 22; 59; Emeka Opara, 75; Denis Kalinkov, 90 - Milan Antiç, 81
 
2009/10. Premyer Liqa
 
17.04.2010. Qəbələ - Xəzər Lənkəran - 1:2
Tomaş Stolpa, 37 - Allan Lalin, 9; Emeka Opara, 53
 
2010/11. Premyer Liqa
 
07.08.2010. Xəzər Lənkəran - Qəbələ - 1:0
Elvin Beqiri, 75
 
2010/11. Premyer Liqa
 
06.11.2010. Qəbələ - Xəzər Lənkəran - 1:0
Lyuba Baranin, 35
 
2011/12. Premyer Liqa
 
23.09.2011. Xəzər Lənkəran - Qəbələ - 2:1
Antonio Semedo, 40; Elnur Abdullayev, 64 - Lyuba Baranin, 68
 
2011/12. Premyer Liqa
 
21.02.2012. Qəbələ - Xəzər Lənkəran - 2:1
Aleksandr Çertoqanov, 41; Deon Barton, 90+2 - Rahid Əmirquliyev, 26
 
2011/12. Premyer Liqa
 
07.04.2012. Qəbələ - Xəzər Lənkəran - 0:1
Branimir Subaşiç, 3
 
2011/12. Premyer Liqa
 
05.05.2012. Xəzər Lənkəran - Qəbələ - 1:1
Adrian Pit, 59 - Viktor Mendi, 87
 
2012/13. Premyer Liqa
 
21.10.2012. Xəzər Lənkəran - Qəbələ - 1:1
Roberto Alviz, 76 (p.) - Yannik Kamanan, 22
 
2012/13. Premyer Liqa
 
23.02.2013. Qəbələ - Xəzər Lənkəran - 2:0
Yannik Kamanan, 1; 88 

Xəbər xətti