Məşqçilərlə görüş FOTO

11:29 - 28 Avqust 2013

"Sumqayıt"da aşağı yaş qrupu üzrə məşqçilər təyin olundu
 
“Sumqayıt” rəhbərliyi aşağı yaş qrupları üzrə komandalara təyin olunacaq məşqçilərlə görüş keçirib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iclasda klubun AFFA tərəfindən təşkil olunacaq liqalarda iştirak edəcək qruplar üzrə fikir mübadiləsi aparılıb. Görüşdə mütəxəssislərin təklifləri dinlənilib, rəhbərlik tərəfindən bəzi tövsiyyələr verilib. Bundan başqa, akademiyada bəzi məşqçi təyinatları da reallaşıb. Belə ki, Zaur Hidayətov U-17 komandasına Hikmət Hüseynov isə U-14 komandasına baş məşqçi təyin olunub. Fəxrəddin Həsənov isə "Sumqayıt"da akademiyanın meneceri təyin olunub. 
 
Qeyd edək ki, U-12 və U-19 komandalarının  baş məşqçilərinin kimliyinə yaxın günlərdə aydınlıq gələcək.
 
"Sumqayıt"da aşağı yaş qrupu üzrə məşqçilərin siyahısı:
 
U-17 komandası - Zaur Hidayətov
U-16 komandası - Məmmədəli Qəniyev
U-15 komandası - Tağı Məmmədov
U-14 komandası - Hikmət Hüseynov
U-13 komandası - Ağamusa Bağırov
U-11 komandası - Elşad Eyvazov
Qızlar üzrə komanda - Sabir Mütəllimov
Ümumi qapıçılar üzrə məşqçi - Rəşad Mustafayev 

Xəbər xətti