"Rəvan"da iki yeni legioner

13:25 - 28 Avqust 2013

Hər 2 futbolçu ilə 1 illik müqavilə imzalandı
 
Transfer çalışmalarını davam etdirən "Rəvan” heyəti gücləndirmək yönündə növbəti addımı atıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda 2 legionerlə rəsmən anlaşıb. Bunlar isveçli yarımmüdafiəçi Fredrik Holster və nigeriyalı forvard Musa Kabirudur. Hər 2 futbolçu ilə 1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, 1 həftədən çox baxışda olan Holster indiyə qədər yalnız vətəni İsveçdə top qovub. O, "Nyuköpinqs”, "Haken”, "Vesbyu Yunayted” və "Sundsvall” klublarının şərəfini qoruyub. Ölkəsinin U-17 və U-19 yığmalarının da şərəfini qoruyub.
 
Musaya gəlincə, nigeriyalı hücumçu bu günə qədər Nigeriyanın "Kaduna Yunayted" və son olaraq Misirin "Əl-Mokavlun Əl-Ərəb" komandasında forma geyinib. 27 yaşlı futbolçu ölkəsinin yığma komandasının heyətində Afrika Millətlər Çempionatında da iştirak edib. 

Xəbər xətti