"Fənərbaxça"ya bir gündə iki zərbə

14:56 - 28 Avqust 2013

"Fənərbaxça" iki il avrokuboklardan uzaqlaşdırıldı

 

"Fənərbaxça" dünən yaşadığı "Arsenal" məğlubiyyətindən sonra daha bir zərbəyə tuş gəlib.
 
Sportal.az xəbər verir ki, "sarı-lacivərdlilər" avrokuboklardan iki il uzaqlaşdırıldığı üçün CAS (Ölkələrarası İdman Məhkəməsi)-a müraciət etmişdi.
CAS son qərarını açıqlayaraq bu müraciəti rədd edib.
Beləliklə, növbəti iki ildə "Fənərbaxça" avrokuboklarda iştirak etməyəcək.

Xəbər xətti