"Bakıdakı qələbə hələ heç nəyi aydınlaşdırmayıb"

23:51 - 28 Avqust 2013

Armin Fe: "Cavab oyunu böyük intriqa daşımır"
 
 
Almaniyanın "Ayntraxt" klubunun baş məşqçisi Armin Fe Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı cavab oyunu öncəsi fikirlərini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, o, bunları dilə gətirib:

“Bizim üçün mövsümə uğursuz start artıq geridə qalıb. Avroliqanın pley-off mərhələsinin cavab oyunu artıq heç bir ciddi intriqa daşımır. Amma buna baxmayaraq, bu görüşə də ciddi yanaşmağımız lazımdı. Bakıdakı qələbə hələ heç nəyi aydınlaşdırmayıb. Ona görə futbolçularımın arxayınlaşmasını istəməzdim”.

Xəbər xətti