İki qırmızı vərəqə, vurulmayan penalti və qalib "Barselona" VİDEO

12:19 - 29 Avqust 2013

Superkubok katalonların oldu

 

İspaniya superkubokunun qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, superkubok finalında son ölkə çempionu "Barselona" və kubokun qalibi "Atletiko" üz-üzə gəlib. İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb. Cavab oyunu isə qolsuz bərabərliklə yekunlaşıb - 0:0. İki oyunun nəticəsinə əsasən İspaniya superkubokuna "Barselona" sahib çıxıb. Oyun maraqlı və gərgin keçib. Belə ki, "Atletiko"nun heyətində Felipe Luis və Arda Turan qırmızı vərəqə alıb. Oyunun sonlarına yaxın isə Lionel Messi təyin olunan penaltini qaçırıb.  

 

Xəbər xətti