Çempionlar Liqasında qruplar müəyyənləşir YENİLƏNİR

18:28 - 29 Avqust 2013

"Qalatasaray"ın rəqibləri bəlli olacaq
 
Bu gün UEFA Çempionlar Liqasının 2013-2014-cü il mövsümü üçün qrup mərhələsinin püşkatma mərasimi keçirilicək.
 
Sportal.az xəbər verir ki, Monako baş tutacaq tədbirdə 32 komanda iştirak edəcək. Məlum olduğu kimi, ÇL-in qrup mərhələsində 32 komanda 8 qrupda mübarizə aparır. Bu klublardan 22-si birbaşa vəsiqəni təmin edir, qalan 10 komanda isə seçmələr nəticəsində qrup mərhələsinə qatılır. 
 
Qrup mərhələsinə birbaşa vəsiqə qazanan komandalar aşağıdakılardı: 
 
“Barselona” (İspaniya), “Yuventus” (İtaliya), “Çelsi” (İngiltərə), “Mançester Yunayted” (İngiltərə), “Qalatasaray” (Türkiyə), “Bavariya” (Almaniya), “Real” (İspaniya), “Portu” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Mançester Siti” (İngiltərə), “Ayaks” (Hollandiya), PSJ (Fransa), “Borussiya” (Dortmund, Almaniya), “Atletiko” (İspaniya), “Şaxtyor” (Ukrayna), “Marsel” (Fransa), CSKA (Rusiya), “Olimpiakos” (Yunanıstan), “Bayer” (Almaniya), “Kopenhagen” (Danimarka), “Napoli” (İtaliya), “Anderlext” (Belçika).
 
“Play-off” mərhələsindən qoşulan klublar isə bunlardı: 
 
"Arsenal" (İngiltərə), "Şalke" (Almaniya), "Bazel" (İsveçrə), "Styaua" (Rumıniya) və "Austriya" (Avstriya), “Milan” (İtaliya), “Zenit” (Rusiya), “Seltik” (Şotlandiya), “Real Sosyedad” (İspaniya), “Viktoriya” (Çexiya). 
 
UEFA reytinqinə əsasən komandalar 4 səbətə bölünüb. Qardaş Türkiyəni qitə futbolunun ən nüfuzlu klub turnirində təmsil edən “Qalatasaray 3-cü səbətdə yer alacaq. 
 
I səbət: "Bavariya" (Almaniya), "Barselona" (İspaniya), "Çelsi" (İngiltərə), "Real" ( İspaniya), "Mançester Yunayted", "Arsenal" (İngiltərə), "Porto", "Benfika" (Portuqaliya)
 
2-ci səbət: "Atletiko" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Milan" (İtaliya), "Şalke" (Almaniya), "Marsel" (Fransa), ÇSKA (Rusiya), PSJ (Fransa), "Yuventus" (İtaliya). 
 
3-cü səbət: "Zenit" (Rusiya), "Mançester Siti" (İngiltərə), "Ayaks" (Hollandiya), "Borussiya” (Dortmund, Almaniya), "Bazel" (İsveçrə), "Olimpiakos" (Yunanıstan), "Qalatasaray" (Türkiyə), "Bayer" (Almaniya).
 
4-cü səbət: "Kopenhagen" (Danimarka), "Napoli" (İtaliya), "Anderlext" (Belçika), "Seltik" (Şotlandiya), "Styaua" (Rumıniya), "Viktoriya" (Çexiya), "Real Sosyedad" (İspaniya), "Avstriya" (Avstriya). 

Xəbər xətti