"Beylə görə "Real"ı tərk etmərəm"

14:21 - 29 Avqust 2013

Məsut Özil: "Onunla rəqabətdən qorxmuram"
 
“Real”ın təcrübəli yarımmüdafiəçisi Məsut Özil son zamanlar komandadan ayrılacağı haqqında dolaşan xəbərlərə aydınlıq gətirib. 
 
Sportal.az xəbər verir ki, o, komandanın yeni transferi Qaret Beyllə rəqabətdən qorxmadığını etiraf edib və bu səbəbdən “Real”ı tərk etməyəcəyini söyləyib:
 
“”Real”ı daha da gücləndirəcək futbolçuların komandaya gəlişinə hər zaman şad oluruq. Bu səbəbdən Beylin gəlməsində heç bir problem görmürəm. Çünki “Real” kimi güclü komandalarda əsas heyətə düşmək üçün həmişə mübarizə aparmaq lazımdı. Mən də bunun öhdəsindən necə gələcəyimi bilirəm. Beylə görə komandamı tərk etmərəm. Onunla rəqabətdən qorxmuram. 
 
Artıq ”Real”da 4-cü mövsümümdü və həmişə əsas heyət oyunçusu olmuşam. Nəyə qadir olduğumu bilirəm. Hiss edirəm ki, məşqçi də mənə güvənir. Bu səbəbdən daim meydana çıxacağıma şübhəm yoxdu”. 

Xəbər xətti