Ən düşərli rəqibə qarşı

17:04 - 29 Avqust 2013

Komandalar öz aralarında 11-ci oyuna çıxacaq
 
Premyer Liqanın 5-ci turunda "Rəvan” "Sumqayıt” ilə üz-üzə gələcək.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, avqustun 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qarşılaşacaq komandalar öz aralarında 11-ci oyuna çıxacaq.
 
Belə ki, "Rəvan” indiyə qədər "Sumqayıt” ilə 10 dəfə qarşılaşıb. Bu görüşlərin 8-i Premyer Liqa, 2-si isə I divizion çərçivəsində baş tutub. Bu matçlarda "Rəvan"ın böyük üstünlüyü gözə dəyir. Belə ki, komanda Premyer Liqada "Sumqayıt” ilə keçirdiyi 8 oyundan 5-də qalib gəlib və yalnız 2 halda meydanı xalsız tərk edib. Topların fərqində də üstünlüyü var – 12:9. Qeyd edək ki, ilk oyundan sonra "Sumqayıt”la heç vaxt "sülh”ə razılaşmayıb. Rəqibin əldə etdiyi qələbələrin hər ikisi ötən mövsümə təsadüf edir. Elə komanda da 2012/13 mövsümündə 2 zəfər əldə edib. Maraqlıdır ki, "Sumqayıt” ilə 4 səfər oyunundan yalnız 1-də uduzub. O da ötən mövsümün sonlarına – artıq turnir cədvəli baxımından heç bir motivasiyanın qalmadığı dönəmə təsadüf edir. Həmin oyuna qədər rəqibin ev oyunlarında bizə 1 qol belə vura bilmədiyini xüsusi qeyd edək.
 
I diviziondakı qarşılaşmalara gəlincə, rəqibi 2010/11 mövsümünün hər iki oyununda üstələyib – 4:0, 1:0. Deməli, ümumi balansda 10 oyundan 7-də qələbə əldə edilib.
 
Sonda komandalar arasında ölkə çempionatında baş tutan oyunları da diqqətinizə çatdırırıq:
 
13.09.2010 Rəvan – Sumqayıt   4:0
12.02.2011 Sumqayıt - Rəvan    0:1
18.09.2011 Rəvan – Sumqayıt   0:0
25.11.2011 Sumqayıt - Rəvan    0:1
11.03.2012 Sumqayıt - Rəvan    0:1
12.05.2012 Rəvan – Sumqayıt   3:2
21.10.2012 Sumqayıt - Rəvan    0:1
16.12.2012 Rəvan – Sumqayıt   2:3
07.04.2013 Rəvan – Sumqayıt   3:0
04.05.2013 Sumqayıt - Rəvan    4:1

Xəbər xətti