Yığmamızın heyəti açıqlandı

15:43 - 30 Avqust 2013

Millimizdə 3 legioner
 
Azərbaycan millisinin (U-19) heyəti açıqlanıb. Sportal.az xəbər verir ki, baş məşqçi Arif Əsədov Bakıda və Rusiyada keçiriləcək təlim-məşq toplanışına 20 futbolçu dəvət edib. Onlardan 3-ü ölkə xaricində, digərləri Azərbaycan klublarında oynayır.

Belə ki, Əsədov hazırlıqda Ziyadxan Məmmədov, Fəhmin Muradbəyli (hər ikisi “Neftçi”), Mustafa Yaman (“Rot Wei Erfrut”, Almaniya), Adil Nağıyev (AZAL), Şamil Cəmaləddinov, Sadiq Quliyev, Elvin Camalov, Elnur Mustafazadə, Şirməmməd Məmmədov (hamısı “Qəbələ”), Elvin Bədəlov (“Zenit”, Rusiya), Bilal Abbaszadə (“Qarabağ”), Budaq Nəsirov, Orxan Əliyev, Ruslan Nəsirli (hər üçü “Sumqayıt”), Kamran Abdullazadə (“Xəzər Lənkəran”), Abbas Hüseynov, Coşqun Diniyev (“İnter”), Namiq Ələskərov, Elmin Əskərli (hər ikisi “Bakı”) və Samir Məsimovu (“Lokomotiv”, Moskva, Rusiya) sınaqdan keçirəcək.

Qeyd edək ki, yığmamız sentyabrın 2-dən 5-dək Bakıda, 5-dən 11-ə qədər isə Rusiyanın Novorossiysk şəhərində təlim-məşq toplanışı keçəcək.

Xəbər xətti