"Monako"nun gözü transferdən doymur

01:04 - 31 Avqust 2013

"Monako" gənc ulduzu heyətinə qatdı

 

“Monako” daha bir futbolçunu heyətinə qatıb.

 

Sportal.az xəbər verir ki, bu barədə klub saytı xəbər yayıb.

Fransa təmsilçisi “Sevilya”nın 20 yaşlı yarımmüdafiəçisi Joffre Kondoqbianı transfer edib. Kondoqbia tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə 5 illik müqavilə imzalayıb. “Monako” bu keçid üçün İspaniya klubuna 20 milyon avro ödəyib.

Qeyd edək ki, Fransa millisinin də üzvü olan Joffre ötən mövsüm “Sevilya”da çıxış edib və 31 oyunda 1 qol vurub.
 

Xəbər xətti