Elhad Nəziri "Rəvan"dan niyə ayrılıb?

02:03 - 31 Avqust 2013

Elhad Nəzirinin durumu məşqçiləri qane etməyib

 

Dünən Elhad Nəzirinin bir neçə gün əvvəl transfer olduğu "Rəvan"dan ayrılması xəbərini vermişdik.

Futbolçunun komandadan ayrılmasının səbəbini isə klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov Sportal.az-a açıqlayıb:

" Elhad Nəziri komandadan göndərildi. Səbəbi isə onun hazırki durumu və məşqlərə münasibəti məşqçilər heyətini qane etmirdi".

Xəbər xətti