Türkiyə Superliqası: "Qalatasaray" bu həftə də bir xalla kifayətləndi VİDEO

03:59 - 31 Avqust 2013

"Kasımpaşa" səfərdə qalib gəldi
 
Türkiyə Superliqasında III turun oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Kasımpaşa" səfərdə "Konyaspor"la qarşılaşıb. Meydan sahibləri ilk hissəni qalib gəlsə  də, ikinci yarıda qonaqlar daha yaxşı oyun nümayiş etdirib və bunun məntiqi nəticəsi kimi 3 xalı aktivinə yazıdırıblar.
Digər oyunda isə son çempion "Qalatasaray" "Əskişəhərspor"un qonağı olub və bu matçdan qol səsi çıxmayıb.
 
“Konyaspor” – “Kasımpaşa”  1:2
Qollar: A. Çamdalı, 3 – S. Büyüksal, 78, R. Babel, 90.
 
“Əskişəhərspor” – “Qalatasaray”  0:0
 
 

Xəbər xətti