"Famenko komanda ilə məşqlərə dünən başlayıb, amma ..."

14:06 - 31 Avqust 2013

Vaqif Sadıqov: "Bəzi mövqeylərə bir-iki futbolçu əlavə etmək istəyərdik"

 

“Hal-hazırda azad statusuna malik futbolçuları sifariş ərizəinə sala bilərik. Axtarışlarımız davam edir. Bəzi möqeylərə bir-iki futbolçu əlavə etmək istəyərdik."

 

Bu sözləri Sportal.az-a açıqlamasında AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib. Sadıqov komandanın zədəli futbolçularından da söhbət açdı: 

 

"Mən istəyərdim ki, hər bir mövqeye yeni oyunçu əlavə edim, amma indiki halda müdafiə və hüçum xəttinə futbolçu almaq istəyirik. Baxışda olan futbolçularımız da var. “Qarabağ”la oyuna hazırlaşırıq. Komandada zədəlilər çoxdu. Famenko komanda ilə məşqlərə dünən başlayıb, amma tam gücünü formalaşdıra bilməyib. Bu sözləri digər zədəli futbolçum Cavid Tağıyevə də aid edirəm. Biz güclü rəqibə qarşı əlimizdən gələni edəcəyik ki, çalışacağıq.”

Xəbər xətti