"Tottenhem"dən daha bir transfer FOTO

14:11 - 31 Avqust 2013

Budəfəki danimarkalı oldu
 
Qaret Beyli “Real”a göndərməyə hazırlaşan “Tottenhem” daha bir futbolçunu rənglərinə bağlayıb.
 
Sportal.az xəbər verir ki, London klubu “Ayaks”dan Kristian Erikseni transfer edib. 21 yaşlı danimarkalı futbolçu üçün “Tottenhem”in qarşı tərəfə 13,5 milyon avro ödədiyi bildirilir. 
 
Eriksen “Ayaks” forması ilə 162 oyunda iştirak edib və 33 qol vurub.
 
Qeyd edək ki, gənc oyunçu Paulinyo, Erik Lamela, Roberto Soldado və Vlad Kirikeşdən sonra ingilis klubunun 5-ci transferi olub. 

Xəbər xətti