"Nodar Məmmədov da öz şansını gözləməli və hazır olmalıdı"

15:05 - 31 Avqust 2013

Aqil Məmmədov:  "Komandanın qeyri-stabil çıxışı bunlardan irəli gəlir" 
 
“Zədəlilərdən Pərdis Fərcad-Azad komanda ilə bir yerdə məşq edir. Yaxşı hazırlaşır. Oyuna hazırlıq da normal şəkildə gedir. Belə hesab edirəm ki, bugünkü oyuna hazırıq”.
 
Bu özləri Sportal.az-a açıqlamasında “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib. Baş məşqçi arxada qalan turlar ərzində komandasının qeyri-stabil çıxışını belə dəyərləndirib:
 
“Bu il cavan oyunçularımız çoxdu. Hardasa oyunçuların 70 faizi komandaya yeni yığışıb. Anlaşma da o səviyyədə deyil. Çoxu da gənc futbolçulardı, təcrübə yoxdu. Komandanın qeyri-stabil çıxışı bunlardan irəli gəlir”. 
 
Məmmədov “Sumqayıt”ın yeni transfer edib-etməyəcəyi və komandaya yeni qoşulan Nodar Məmmədovun əsas heyətdə meydana çıxıb-çıxmayacağı haqqında bunları deyib:
 
“Yəqin ki, bundan sonra komanda transfer etməyəcək. 
 
Əsas heyətdə deyə bilmərəm. Yəqin ki, yox. Nodar Məmmədov iki gündü bizə qoşulub. Hələ uyğunlaşma keçməlidi. Onsuz da bizdə hər bir futbolçuya şans veriləcək. O da öz şansını gözləməli və hazır olmalıdı”.   

Xəbər xətti