"Qarabağ" - AZAL oyunu "Bakcell Arena"da

15:20 - 31 Avqust 2013

Komanda bugün yeganə çalışmayla sabahkı oyuna çıxacaq 
 
"Qarabağ" AZAL-la oyunun hazırlıqlarına başlayıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın V turunda "təyyarəçi"lərlə qarşılaşacaq komanda dünən axşam Avroliqanın "play-off" çərçivəsində "Ayntraxt"la oyundan geri dönüb. Komanda bugün yeganə çalışmayla sabahkı oyuna çıxacaq. 
 
Qeyd edək ki, Tofiq Bəhramov adına respublika stadionun ot örtüyünün bərpası ilə əlaqədar olaraq "Qarabağ" - AZAL oyunu "Bakcell Arena"da baş tutacaq. Matç sentyabrın 1-də, 20:00-da keçiriləcək. 

Xəbər xətti