"PTT 1 Liqa Azərbaycan çempionatından çox fərqlidir"

15:20 - 31 Avqust 2013

Andrey Popoviç: "Hələlik baş məşqçidən şans gözləyirəm"

 

"Hal-hazırda komandaya tam uyğunlaşmışam. Komanda yoldaşlarımla yaxşı münasibətim var. Sabah əsas heyətdə çıxış etmək üçün baş məşqçidən şans gözləyirəm"

 

Bu sözləri "Tavşanlı Linyitspor"un azərbaycanlı qapıçısı Andrey Popoviç Sportal.az-a açıqlamasında bildirib. O, həmçinin Premyer Liqa ilə PTT I liqanı da müqayisə edib:

 

"Çıxış etdiyim liqa Azərbaycan çempionatından fərqlənir. Burada daha sürətli futbola üstünlük verilir və azarkeşlərin oyunlara daha çox marağı var"

Xəbər xətti