Millimizin açıq məşqi olacaq

00:27 - 1 Sentyabr 2013

"Qarabağ" futbolçuları məşqdə iştirak etməyəcək
 
Milli komandamız bu gündən İsraillə oyunun məşqlərinə başlayacaq.
 
Sportal.az xəbər verir ki,yığmamız bu gün saat 16:00-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda hazırlıqlara start verəcək.
 
Ancaq bu məşqdə  Premyer Liqanın V turunun oyunları nəzərə alınaraq, "İnter" və "Qarabağ"ın oyunçuları, həmçinin legionerlərimiz - Ufuk Budak, Ruslan Abışov və Cihan Özkara iştirak etməyəcək. Həmin oyunçular təlim-məşq toplanışında sentyabrın 2-dən iştirak edəcəklər.

Xəbər xətti