"Qarabağ" AZAL-a məğlub oldu, "Simurq" "İnter"i məğlub etdi YENİLƏNİB

21:50 - 1 Sentyabr 2013

Turun son oyunları
 
Bu gün Azərbaycan Premyer Liqasında V tura yekun vurulacaq.
 
Sportal.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək. Hər iki matç paytaxtda olacaq. Turnir cədvəlinə liderlik edən “Qarabağ” AZAL-ı qəbul edəcək. Ağdam klubu dünən “Neftçi”nin “Bakı”ya uduzmasından istifdə edib rəqibini məğlub edərək “flaqman”la xal fərqini artıra bilər. Ötən tur “Rəvan”ı darmadağın edən “İnter” isə öz meydanında “Simurq”u sınağa çəkəcək. Bugünkü görüşlər də eyni vaxtda – saat 20:00-da başlayacaq.
 
Qeyd edək ki, Tofiq Bəhramov adına respublika stadionun ot örtüyünün bərpası ilə əlaqədar olaraq "Qarabağ" - AZAL oyunu "Bakcell Arena"da baş tutacaq.
 
Azərbaycan Premyer Liqası: V tur
 
1 Sentyabr 
 
20:00. “Qarabağ” – AZAL 0:1 (Oyun başa çatıb)
Qol: Branislav Arseneviç, 20,
“Bakcell Arena”. 
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Sərxan İsmayılov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
 
20:00. “İnter” – “Simurq” 1:2 (Oyun başa çatıb)
Qol: İlqar Ələkbərov,32, Draqan Çeran,78, Raul Costin, 89
“Şəfa” stadionu. 
Hakimlər: Ağayev Əliyar, Zeynalov Zeynal, Musayev Elman, Bəkirov Namiq
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-İnspektor: Fazil Mürşüdov 

Xəbər xətti