"Qarabağ" Avroliqadan nə qədər qazanc əldə etdi?

11:53 - 1 Sentyabr 2013

"Qarabağ" hər mərhələyə ayrıca mükafat əldə edib
 
 
Avropa Liqasının pley-off mərhələsini keçə bilməyən Ağdamın "Qarabağ" klubu öz büdcəsini bu tura qədər zənginləşdirib.
 
Sportal.az xəbər verir ki, UEFA hər mərhələyə görə pul mükafatı ayırıb.1-ci mərhələdə "Metallurq" (Makedoniya), ikinci mərhələdə "Pyast" (Polşa), 3-cü mərhələdə "Gefle" (İsveç) komandalarını keçən təmsilçimiz bu mərhələrədə ayrılmış pulun sahibi olub. Belə ki,birinci mərhələdə 120 min, 2-ci mərhələdə, 130 min, 3-də 140 min avro "Qarabağ"ın qazancı olub. Ümumilikdə ağdamlılar 390 min avro qazanıb.

Xəbər xətti