"Milan" italiyalı futbolçunu göndərdi, sloveniyalını aldı

13:00 - 1 Sentyabr 2013

Antonini "Cenoa"ya keçdi
 
“Milan”ın müdafiəçisi Luka Antonini komandasını tərk edib.
 
Sportal.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Cenoa”ya keçib və yeni komandası ilə 3 illik müqaviləyə imza atıb. Antonini çıxış etdiyi müddətdə “Milan”la 111 oyunda meydanda olub. 
 
“Milan” isə onun əvəzinə ötən mövsüm “Torino”da icarə əsasında çıxış edən Valter Birsanı transfer edib. Klub sloveniyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlayıb. 

Xəbər xətti