Yığma komandamızın açıq məşqi olacaq

11:11 - 2 Sentyabr 2013

Mətbuat nümayəndələri və azarkeşlər üçün açıq məşq keçiriləcək
 
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də, Ramat Gan şəhərindəki eyniadlı stadionda keçiriləcək İsrail - Azərbaycan oyununa hazırlıq məqsədilə millimiz Bakı şəhərində təlim-məşq toplanışındadır.
 
Sportal.az xəbər verir ki, sabah - sentyabrın 3-də, saat 11:00-da, "Bakcell Arena"da Azərbaycan milli komandasının mətbuat nümayəndələri və azarkeşlər üçün açıq məşqi keçiriləcək. Məşqdən əvvəl jurnalistlərin futbolçulardan açıqlama almasına şərait yaradılacaq.

Xəbər xətti