Ağayev getdi, Məmmədov gəldi

18:45 - 2 Sentyabr 2013

Millinin heyətində dəyişiklik
 
Azərbaycan yığmasının heyətində dəyişiklik olub. Səlahət Ağayev dünəndən İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda başlayan hazırlıqlardan uzaqlaşdırılıb.
 
Sportal.az xəbər verir ki, Premyer Liqanın III turunda AZAL-la oyunda başından zədələnməsi qapıçının millinin İsrailə aparılacaq heyətindən çıxarılmasına səbəb olub. Səlahəti “Bakı”nın qolkiperi Aqil Məmmədov əvəzləyəcək. Qeyd edək ki, yığmanın heyətində “Bakı”nın digər qapıçısı Kamran Ağayev də var.

Xəbər xətti