"Əks təqdirdə tarix yazma istəyimiz boşa keçər"

01:06 - 3 Sentyabr 2013

Qal Aberman: "Azərbaycan asan rəqib deyil"

 

"Azərbaycanla ilk oyunumuz çox vacibdir. Ramat-Qanda azarkeşlərin bizi dəstəkləməsini istəyirəm. Onsuz da azarkeşlərimizin xüsusi çəkisi var. Biz bu dəstəyi qarşıdakı hər iki oyunda hiss etməliyik".

 

Sportal.az xəbər verir ki, bu sözləri İsrail yığmasının yarımmüdafiəçisi Qal Aberman ölkəsinin mətbuatına açıqlamasında deyib."Makkabi" (Təl-Əviv) klubunun futbolçusu sentyabrın 7-də qarşılaşacaqları millimizin asan rəqib olmadığını vurğulayıb:

 

"Rusiya ilə oyuna yaxşı köklənmək üçün Azərbaycanla görüşdə qələbə qazanmalıyıq. Bununla belə, Azərbaycan asan rəqib deyil. Onlar bizə hansısa xoşagəlməz anlar yaşada bilərlər. Buna görə də rəqibə ciddi yanaşmalıyıq. Əks təqdirdə bu bizə baha başa gələr və tarix yazmaq istəyimiz erkən bitər. Buna görə də ilk oyunun əhəmiyyətini yaxşı dərk edirik".

Qeyd edək ki, sentyabrın 7-də millimizi qəbul edəcək İsrail yığması 3 gün sonra səfərdə Rusiya ilə qarşılaşacaq.

Xəbər xətti