"Qarabağ"da qalmaq və çempion olmaq istəyirəm" MÜSAHİBƏ

11:40 - 3 Sentyabr 2013

Reynaldo Silva: "Belə bir komandada olmaqdan qürur duyuram"
 
 
"Qarabağ"ın hücumçusu Reynaldo Silvanın Sportal.az-a müsahibəsi
 
 
- “Ayntraxt”la oyun haqqında fikirlərini bildirərdin?
- Bizim üçün iki çətin oyun oldu. Lakin biz sonuna qədər mübarizə apardıq və səfərdə daha yaxşı oyun nümayiş etdirdik.  Təəssüflər olsun ki, məğlub olduq
 
- Əgər “Ayntraxt”la ilk oyunda sən meydanda olsaydın turu keç bilərdinizmi?
- Bu haqda heç nə deyə bilmərəm. İkinci oyunda mən oynadım yenə məğlub olduq. Bizim azarkeşlərimiz qələbəyə layiq idi. İlk oyunda zədəli olduğum üçün özümü günahlandırıram.
 
- “Ayntraxt”la oyundan sonra bəzi alman klubların diqqətini cəlb etmisən. Bu barədə nə deyə bilərsən?
- Mən bu xəbərləri ancaq mətbuatda oxuyuram. Almanlardan heç kim mənə belə söz deməyib.
 
- Əgər təklif gəlsə, alman klubuna keçərsənmi?
- Mən bunu düşünmürəm. Çünki hal-hazırda “Qarabağ”da qalmaq və çempion olmaq istəyirəm”
 
- “Qarabağ” bu həftə AZAL-dan ilk yenilgisini aldı. Bu oyunla bağlı nə deyə bilərsən?
- Öz gözəl oyunumuzu nümayiş etdirdik.  Gözlənilməz bir qol buraxdıq. Biz bu matçı qazanmalıydıq amma olmadı. Önümüzdəki oyunlara baxmalıyıq.
 
- Səncə, “Qarabağ”ın çempion olması üçün komandada nə çatmır?
- Biz daha çox çalışmalıyıq. Və digər komandalar kimi çempionluğu istəməliyik. Mən bu mövsüm çempion olmaq istəyirəm.
 
- İki həftəlik çempionatda fasilə olacaq. Komandan bir neçə günlük istirahətə buraxılıb. Sən nə edəcəksən?
- Mən Bakıda olacam. Həm istirahət, həm də məşq edəcəm.
 
- Sonda azarkeşlərə nəisə demək istəyirsən?
- Bütün azarkeşlərə mənə sevgilərini hiss etdirdiklərinə görə təşəkkür edirəm. Mən belə bir komandada belə bir azarkeşlə olmaqdan qürur duyuram
 
 
Yusif HÜSEYN

Xəbər xətti