Kamran Ağayev: "Başqa cür oyuna köklənə də bilmərik"

15:03 - 3 Sentyabr 2013

"Səfərə yaxşı hazırlıqlı yollanacağıq"
 
“İsti hava şəraitində məşqlərimizi davam etdiririk. Buna baxmayaraq, biz yaxşı məşq keçirik. Hər şey qaydasındadı. Səfərə yaxşı hazırlıqlı yollanacağıq”.
 
Sportal.az xəbər verir ki, bu sözləri Yığma komandamızın qapıçısı Kamran Ağayev jurnalistlərə açıqlamasında deyib. Ağayev rəqib hücumçuların güclü cəhətlərini özü üçün təhlil etmədiyini bildirib:
 
“Bununla rəqibi tanımaq olmaz. Onsuz da İsrailin heyətində bir-birindən səviyyəli futbolçular olduğunu bilirik. Ancaq yenə deyirəm ki, rəqibin heyətində kimin olmasından asılı olmayaraq, biz də yaxşı hazırlıq keçirik. Yalnız öz oyunumuzu düşünməliyik.
 
Yığma səfərdən qələbə ilə qayıda bilər. Şəxsən mən buna inanıram. Millinin səfərləri zamanı əsas hədəf bir olur. Qələbə qazanmaq. Başqa cür oyuna köklənə də bilmərik. İsrailə qələbə üçün gedirik”. 

Xəbər xətti