Xəbərimiz təsdiqini tapdı: Paraqvaylılar rəsmən "İnter"də

Sezar və David Meza Kolli qardaşları paytaxt klubunda
 
"İnter" növbəti transferlərini həyata keçirdi.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Paraqvay və İtaliya vətəndaşlıqları olan Sezar və David Meza Kolli qardaşlarıyla münasibətlərini rəsmiləşdirdi. Sezar hücum, David isə yarımmüdafiəçi mövqeyində oynayır. Hər iki futbolçunun son komandası İtaliyanın "Çezena" klubu olub. Qardaşlarla imzalanmış müqavilənin müddəti 1 il təşkil edir. 
 
Yeni futbolçuların adları PFL-in iştirak ərizəsinə tezliklə əlavə olunacaq. 
Tarix: 3 Sentyabr [15:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2018
12  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio