"Barselona"dan Andres İnyestaya yeni təklif

15:50 - 3 Sentyabr 2013

Klub futbolçusu ilə müqavilə yeniləyir
 
“Barselona” əsas heyət oyunçularından Andres İnyesta ilə müqavilə müddətinin uzadılması üçün danışıqlara başlayıb. 
 
Sportal.az xəbər verir ki, klub rəhbərliyi futbolçuya müqavilənin 2018-ci ilə qədər uzadılmasını və ildə 12 milyon avro təklif edib. Yaxın günlərdə mətbuata bu barədə məlumat veriləcəyi bildirilib. Belə olan halda İnyesta “Barselona”da ən çox qazanan futbolçuların siyahısında ikinci olacaq. Birinci yer isə Messiyə aiddir. 
 
Qeyd edək ki, ispan oyunçunun klubla hazırkı müqaviləsi 2015-ci ilə qədərdi. 

Xəbər xətti