"Qol vurmaq üçün əlimdən gələni edəcəm"

16:03 - 3 Sentyabr 2013

Rüfət Dadaşov: "Vacib olan komandamızın yaxşı nəticə qazanmasıdır"

 

“Çətin oyun olacaq, ancaq Bakıya qələbə ilə dönmək istəyirik. İsrail yığmasının bir neçə oyununu izləmişəm. Yaxşı futbolçuları var. Ancaq biz də zəif komanda deyilik. "

 

Sportal.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında yığmamızın hücumçusu Rüfət Dadaşov deyib. Dadaşov İsrailə  qol vurmaq üçün əlimdən gələni edəcəyini vurğuladı:

 

"Qol vurmaq üçün əlimdən gələni edəcəm. Hazırda yaxşı formadayam. Millinin və klubumun son oyununda qol vurdum. Kimin qol vurmasının elə də fərqi olmayacaq. Vacib olan komandamızın yaxşı nəticə qazanmasıdır”.

Xəbər xətti