"Real"ın qapıçısı komandadan ayrıldı

20:40 - 3 Sentyabr 2013

Adan davamlı olaraq çıxış edəcəyi komanda axtarır

 

Madrid “Real”ı üçüncü qapıçısı Antonio Adanı komandadan göndərib.

 

Sportal.az  xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.



Belə ki, ötən mövsüm ancaq 7 oyunda meydana çıxan 26 yaşlı qolkiper rəhbərliyə müraciət edərək davamlı olaraq çıxış edəcəyi kluba getmək istədiyini bildirib.

 

Bununla da Adanın fikrinə hörmətlə yanaşan rənbərlik onun müqaviləsini qarşılıqlı olaraq ləğv edib. 

Qeyd edək ki, ispaniyalı qapçı “Real” futbol klubunun yetirməsidir.
 

Xəbər xətti