"Rəvan"a şad xəbər

00:01 - 4 Sentyabr 2013

Varea məşqlərə başladı
 
 
 
"Rəvan"ın istirahəti başa çatıb.
 
 
Sportal.az xəbər verir ki, V turda "Sumqayıt"la baş tutan oyundan sonra yetirmələrinə 2 günlük istirahət verən baş məşqçi Vladislav Qədirov bu gün yenidən hazırlıqlara başlayıb.
 
"Bayıl Arena"da Qədirovun rəhbərliyi altında keçirilən məşq 2 hissəyə ayrılıb. Belə ki, hazırlığın əvvəli fiziki hazırlığın yüksəldilməsinə hesablanmış təmrinlərlə olub. Ardından isə futbolçular taktiki-texniki hazırlığa keçib. Toplu çalışmalar komanda üzvləri, xüsusən də yeni transferlər arasındakı qarşılıqlı anlayışı yüksəltməyə hesablanmış formada olub. Artıq Xuan Manuel Varea da fərdi məşqlərə başlayıb. Qolkiperlər isə qapıçılar üzrə məşqçi Kamil Qafarovun rəhbərliyi altında çalışıb.
 
Qeyd edək ki, axşam məşqini komanda trenajor-zalda keçirəcək. Fiziki hazırlıq üzrə məşqçimiz Rastislav Svitskinin rəhbərliyi altında futbolçular əzələ qüvvəsini artırmağa çalışacaq.

Xəbər xətti