Millimizin ilk rəqibi müəyyənləşdi

12:03 - 4 Sentyabr 2013

Yığma komandamızın oyunlarının vaxtı dəqiqləşdi

 

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin çıxış edəcəyi qrupun oyunlarının vaxtı və yeri dəqiqləşib.

 

Sportal.az xəbər verir ki, İsveçdə mübarizə aparan III qrupda çıxış edəcək yığmamız ilk oyununu İrlandiyaya qarşı keçirəcək. Növbəti oyununu Bosniya və Herseqovinaya qarşı keçirəcək Arif Əsədovun yetirmələri son tura meydan sahibləri ilə görüşəcək.



10 oktyabr
17:00. İrlandiya – Azərbaycan
Angelholm. “Angelholms” stadionu


12 oktyabr
17:00. Azərbaycan – Bosniya və Herseqovina
Landskrona. “İdrottsplats” stadionu


15 oktyabr
17:00. İsveç – Azərbaycan
Landskrona. “İdrottsplats” stadionu 

Xəbər xətti