"Rəvan" yoxlama oyunu keçirəcək

14:28 - 4 Sentyabr 2013

Qədirov bütün futbolçulara şans verəcək
 
 
"Rəvan” yığma komandaların oyunları ilə bağlı  Premyer Liqada fasilə yaranmasından istifadə edərək yoxlama oyunu keçirəcək.
 
Sportal.az xəbər verir ki, sözügedən komanda Birinci divizion təmsilçisi "Şahdağ”la qarşılaşacaq.
 
Oyun sentyabrın 7-də "Bayıl arena"da keçiriləcək və matç saat 18.00-da başlayacaq. Qarşılaşma hazırlıq mərhələsinin bir hissəsi olduğundan baş məşqçi Vladislav Qədirov bu görüşdə bütün futbolçulara şans vermək niyyətindədi.

Xəbər xətti