Elhad Nəziri rəsmən "İnter"də

15:41 - 4 Sentyabr 2013

Müqavilə gözləndiyindən tez imzalandı
 
 
Xəbər verdiyimiz kimi, “İnter”  Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirini heyətinə qatmaq istəyir.
 
Sportal.az xəbər verir ki, paytaxt klubu artıq bu transferi tam həll edib.
 
Belə ki, tərəflər bir illik müqaviləyə imza atıblar. Hazırda Azərbaycan millisinin düşərgəsində olan futbolçu bu gün İsrailə yola düşəcək.
 
Məhz bu üzdən “İnter”in Elhadla İsraillə seçmə mərhələ oyunundan qayıtdıqdan sonra müqavilə bağlaması gözlənilsə də, tərəflər bu işi daha erkən yoluna qoymağa qərar veriblər.
 

Xəbər xətti