Millimizin futbolçusu Avroliqada oynaya biləcək

15:58 - 4 Sentyabr 2013

"Rubin" Ruslan Abışovun adını UEFA-ya verdi
 
 
Rusiyanın "Rubin" (Kazan) klubunun Avropa Liqasının qrup mərhələsində iştirak edəcək heyəti müəyyənləşib.
 
 
Sportal.az xəbər verir ki, Kazan təmsilçisi artıq iştirak ərizəsini UEFA-ya təqdim edib.
 
24 futbolçunun yer aldığı siyahıda millimizin üzvü Ruslan Abışovun da adı var.
 
Qeyd edək ki, Avroliqanın D qrupunda yer alan "Rubin" klubu "Uiqan" (İngiltərə), "Maribor" (Sloveniya) və "Zulte Varegem" (Belçika) komandaları ilə mübarizə aparacaq.

Xəbər xətti