"Bəli, dünəndən "Kəpəz"in baş məşqçisiyəm"

16:08 - 4 Sentyabr 2013

Vidadi Rzayev: "Sabahdan seleksiya işləri aparacam"

 

"Bəli, dünəndən etibarən "Kəpəz"in baş məşqçisiyəm. Hər şey dünən oldu, klubun kuratoru Mehman Allahverdiyevlə razılaşdıq".

 

Bu sözləri "Kəpəz"in yeni baş məşqçisi Vidadi Rzayev Sportal.az-a açıqlamasında bildirib. O, həmçinin sabahdan komandanın yığacağını da bildirib:

 

"Sabahdan məşqləri bərpa edib seleksiya işləri aparacam. Köməkçi məşqçi isə Azər Məmmədovdur". Vaxtımız azdır, maksimum çalışacağıq ki, bu vəzifəni layiqincə yerinə yetirək"

Xəbər xətti