Miilinin heyətində dəyişiklik

17:35 - 4 Sentyabr 2013

"Şaxtyor"un üzvü komandamıza dəvət olunub 
 
Xəbər verdiyimiz kimi, sentyabrın 5-dən 11-ə qədər Rusiyanın Novorossiysk şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.
 
Sportal.az xəbər verir ki, Rusiyaya gedəcək futbolçuların siyahısında bir dəyişiklik edilib.
 
Bilal Abbaszadə ("Qarabağ") zədəli olduğu üçün heyətdən çıxarılıb. Əvəzində, Qazaxıstanın "Şaxtyor" (Karakanda) klubunun oyunçusu Zair Emzayev yığmamıza dəvət olunub.

Xəbər xətti