Britaniya mətbuatı daha çox Özilin şəxsi həyatından yazdı FOTO

18:34 - 4 Sentyabr 2013

Hamı bu cütlükdən danışır
 
“Arsenal”ın yeni futbolçusu Mesud Özil şəxsi həyatı ilə də Britaniya mətbuatının gündəminə gəlib. 
 
Sportal.az xəbər verir ki,artıq Məsud Özil və sevgilisi Mendi Kapristo İngiltərənin yeni Bekhem və Viktoriya cütlüyü elan olunublar. Cütlüyün şəkilləri bir çox qəzet və jurnalların üz qabığında yerləşdirilib. 
 
İngilislər Özilin iri gözləri ilə bağlı da zarafat edərək onu məşhur cizgi film personajı olan “Balıq Nemo”ya oxşadıblar. Bundan əlavə Özilin islam dininə bağlı olması, onun hər oyundan qabaq “Qurani Kərim”dən müxtəlif surələr oxuması ingilis jurnalistlərinin də mövzu yeri olub. 
 

Xəbər xətti