İsrail - Azərbaycan matçı canlı yayımda

20:03 - 4 Sentyabr 2013

"İdman Azərbaycan" oyunu canlı yayımlayacaq

 

"DÇ-2014"ün seçmə mərhələsində sentyabrın 7-də səfərdə İsrailin qonağı olacaq millimizin oyunu canlı yayımlanacaq.

 

Sportal.az xəbər verir ki, futbolsevərlər Ramat-Qan şəhərində baş tutacaq oyunu "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı izləyə biləcəklər.

 

Qeyd edək ki, İsrail - Azərbaycan oyunu sentyabrın 7-də, Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Xəbər xətti