"Fənərbaxça"da ayrılıqlar başladı

00:17 - 5 Sentyabr 2013

Gənc qapıçı komandadan ayrıldı

 

“Fənərbaxça”nın üçüncü qapıçısı Sərkan Kırıntılı digər Superliqa təmsilçisi “Rizespor”a transfer olunub.

 

Sportal.az xəbər verir ki, bu barədə klub saytı xəbər yayıb.


Tibbi müayinədən keçən 28 yaşlı qolkiper 2 illik müqaviləyə imza atıb. Sərkan 6 sentyabrda ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Sərkan Kırıntılı 2010-cu ildə “Ankaragücü” klubundan “Fənərbaxça”ya transfer olunmuşdu.
 

Xəbər xətti