Foqtsun köməkçisi özünə yeni iş tapdı

10:46 - 5 Sentyabr 2013

Olaf Yansen Almaniya klubunun baş məşqçisi oldu
 
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun köməkçisi olan Olaf Yansenin yeni komandası müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis II Bundesliqa təmsilçisi "Dinamo" (Drezden) klubunun baş məşqçisi təyin olunub. Yansen Almaniya klubu ilə 2015-ci ilə qədər müqavilə imzalayıb.    
 
Qeyd edək ki, O.Yansen 2008-ci ildən Azərbaycan millisində çalışıb.

Xəbər xətti