"Real"ın böyük səhvi: Neymar FOTO

14:19 - 5 Sentyabr 2013

Braziliyalı futbolçunun keçidi alınmayıb
 
“Barselona”nın yay “transfer pəncərəsi”ndə "Santos"dan heyətinə qatdığı Neymar 2006-cı ildə “Real”a keçə bilərmiş.
 
Sportal.az xəbər verir ki, AS qəzetinin yazdığına görə, həmin vaxt 14 yaşı olan futbolçu üçün 60 min avro tələb edilib. Amma “Real” bu məbləğin yeniyetmə oyunçu üçün çox olduğunu əsas gətirərək transferdən imtina edib. Hətta Neymar iki həftə klub bazasında məşq edib və onunla bağlı sənəd İspaniya Futbol Federasiyasına göndərilib. Amma keçid baş tutmayıb. “Real” rəhbərliyi onun üçün tələb olunan məbləği ödəməyib. Belə olan halda Neymar atası və meneceri ilə birlikdə Braziliyaya qayıdıb. Neymar isə bu yay 57 milyon avroya yenidən Pireney ölkəsinə gəlib. 
 
Qəzet həmin sənədi ortaya çıxarıb. 
 
 

Xəbər xətti