"Sumqayıt" "Simurq"la oyuna tam heyətlə hazırlaşa bilmir FOTOLAR

14:52 - 5 Sentyabr 2013

Bəzi futbolçular komandanın hazırlığına gec qoşulacaq
 
Premyer Liqanın növbəti turu çərçivəsində, səfər meydanında "Simurq"la qarşılaşcaq "Sumqayıt" məşqlərə start verib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün səhər məşqində Aqil Məmmədovun rəhbərliyi altında daha çox fiziki hazırlığın artırılması üzərində çalışıb. "Sumqayıt" tam heyətlə məşq edə bilmir. Belə ki, A millidə olan Anar Nəzirov, Ruslan Qurbanov, U-21-in düşərgəsində yer alan Nurlan Novruzov, Kərim Diniyev, Elşən Abdullayev, Slavik Alxasov və U-19-la Rusiyaya təlim-məşq toplanışına yollanan Ruslan Nəsirli və Orxan Əliyev komandanın hazırlığa nisbətən gec qoşulacaq. Zədəsini yenicə sağaltmış Pərdis Fərcad-Azad artıq komanda ilə birlikdə məşqlərə başlayıb.
 
Yeri gəlmişkən, "Sumqayıt"ın əvəzedici komandası sentyabrın 8-də "Neftçala" ilə yoxlama oyununda qüvvəsini sınayacaq. 
 
 

Xəbər xətti