"Qarabağ" futbolçu tapmır

16:59 - 5 Sentyabr 2013

Ağdamlılar 10 futbolçu ilə hazırlaşır
 
“Qarabağ” klubu ciddi problemlə üzləşib. Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının VI turunun oyununa hazırlıqlara cəmi 10 futbolçu ilə başlayır. 

AZAL-la V turun oyunundan sonra 3 günlük istirahətə buraxılan futbolçular bu gün məşqləri bərpa edəcək. Lakin oyunçuların əksəriyyəti milli komandaların düşərgəsində olduğundan ağdamlılar 10 nəfərlə hazırlıq keçməyə məcburdu.

Qeyd edək ki, “Qarabağ” bugünkü məşqini Suraxanı qəsəbə stadionunda keçirəcək.

Xəbər xətti