Foqts yox, köməkçiləri gedəcək

04:18 - 6 Sentyabr 2013

Kərimov və Süleymanova yeni tapşırıqlar verildi
 
 
 Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts köməkçilərini millimizin DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərinin oyunlarına göndərəcək.
 
Sportal.az xəbər verir ki, Olaf Yansenin Rusiyanın Lüksemburqla Kazandakı oyununu izləyəcəyi öncədən də bəlli idi.

Həmin qarşılaşma bu gün keçiriləcək.
 
Nazim Süleymanovla Aslan Kərimov isə digər oyunlara göndəriləcək. Belə ki, Süleymanov Rusiyanın İsraillə ev oyununu izləyəcək. Kərimov isə Şimali İrlandiya ilə Lüksemburq arasındakı qarşılaşmada “casusluq” edəcək.
 
Qeyd edək ki, son iki oyun sentyabrın 10-da keçiriləcək. Yığmamızı bu tsikldə həm Rusiya, həm də Şimali İrlandiya ilə ev oyunları gözləyir.

Xəbər xətti