Sumqayıt İdman Mərkəzinin fitness zalı FOTOLAR

15:06 - 6 Sentyabr 2013

Fitness qurğuları şəhərə gətirilib
 
Sumqayıt İdman Mərkəzinin tikintisi yekunlaşmaq üzrədir.
 
Sportal.az "Sumqayıt"ın rəsmi saytına istinadən xəbər verir ki, yaxın günlərdə mərkəzin elektron tablosu quraşdırılacaq. Hazırda tribunalarda kosmetik təmir işləri aparılır və növbəti həftədən oturacaqların quraşdırılmasına start veriləcək. Bundan başqa, Sumqayıt İdman Mərkəzinin texniki sahəsində də işlər başa çatmaq üzrədir. Paltardəyişmə otaqları ilə yanaşı, digər texniki otaqlar artıq tam hazırlanıb. Dünən isə Sumqayıt İdman Mərkəzinin fitness qurğuları şəhərə gətirilib. Tezliklə fitness qurğuları quraşdırılaraq futbolçuların ixtiyarına veriləcək.  
 
 

Xəbər xətti