"Xəzər Lənkəran"ın Hayfa "Makkabi"si ilə necə oynadığını siz də bilirsiz"

15:11 - 6 Sentyabr 2013

Berti Foqts: "Sabah bizi nə gözlədiyini yaxşı bilirəm"
 
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrailə qarşı oyun öncəsi bu gün Ramat Qanda mətbuat konfransı keçirib.
 
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis öncə bunları söyləyib:
 
- Azərbaycanlı jurnalistlər bilirlər ki, biz bu oyuna istədiyimiz kimi hazırlaşa bilməmişik. Oyunçularımız yorğundular. Ona görə dünən də bir məşqlə kifayətləndik.  İki gün az məşq etmişik. Hazırlıq üçün kifayət qədər vaxtımız olmadı. Amma bunda mənim günahım yoxdu. İsrail güclü rəqibdi. Ona görə də bu komandaya qarşı xüsusi hazırlaşmağımız vacib idi. “Xəzər Lənkəran”ın Avropa Liqasında Hayfa “Maccabi”si ilə necə oynadığını siz də bilirsiz. Onda komandanın heyətində cəmi üç azərbaycanlı var idi. Hər şeyə rəğmən, özümüzə inanırıq. Bakıdakı oyunda necə yaxşı çıxış edə bildiyimizi göstərmişdik. Lakin adətən səfərdə evdəki kimi oynaya bilmirik.
 
- İsrailə qarşı necə oynayacağınızı bilirsiz?
- Rəşad Sadıqov kapitan kimi liderliyi öz üzərinə götürməlidi. Bilirik ki, rəqib ilk dəqiqələrdən bizi sıxmağa çalışacaq. Çünki rəqibin heyətində çox yaxşı oyunçular va. Mahir Şükürovun da müdafiədəki işi çox olacaq. Kamran Ağayev isə Bakıda buraxdığı səhvləri təkrarlamamaq üçün öz üzərində daha çox çalışmalıdı.
 
- Millini İsraildə necə qarşıladılar?
- Yaxşı. Mən bir neçə dəfə bu ölkədə olmuşam. İsrailin 12 futbolçusu xarici çempionatlarda çıxış edirlər. Hücumda çox aqressivdilər. Sabah bizi nə gözlədiyini yaxşı bilirəm. Amma biz də futbol oynamağı bacarırıq. Əgər Rusiya ilə oynadığımız kimi çıxış etsək, nəticə qazanmaq şansımız olacaq.
 
- İsrail yığmasındakı çoxsaylı itkilər barədə nə deyə bilərsiz?
- Mən bizə qarşı kimlərin oynayacağını bilmirəm. Amma bizdə də itkilər var. İsrail yığmasında seçim imkanı daha çoxdu. Ona görə də hansısa itkini aradan qaldırmaq onlarda daha asandı, nəinki bizdə.
 
- Yenə müdafiə futboluna üstünlük verəcəksiz?
- Fuutbolda həm müdafiə olunmaq vacibdi, həm də hücum etmək. Bunu balanslaşdırmaq lazımdı.
 
- Rüfət Dadaşovun start heyətdə yer alması mümkündü?
- Rüfətin Lüksemburqla oyunda 3-4 qol vurmaq şansı olsa da, onlardan yararlana bilməmişdi. Amma Maltaya iki qol vurdu. Onun hazırlığından razıyam.
 
- Start heyəti müəyyənləşdirmisiz?
- Oyunçularımı yaxşı tanıyıram. Ona görə də heyəti müəyyənləşdirmək mənim üçün çətin deyil.
 
- Bakıda Azərbaycan yığması ikinci hissəni daha yaxşı keçirdi. Burda da müdafiə futbolu ilə heç-heçə edə biləcəksiz?
- Yaxşı olardı. Çünki bura uduzmağa gəlməmişik.

Xəbər xətti